CASCFEN-ə Məclis öncəsi tanınmış şəxslər qoşuldu

CASCFEN-ə Məclis öncəsi tanınmış şəxslər qoşuldu

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti qurumun ilk Məclisi öncəsi telekonfrans yolu ilə növbədənkənar toplantı keçirib. SİA-nın CASCFEN-in Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda yalnız quruma yeni üzvlərin qəbulu məsələsinə baxılıb. İH üzvlərinin yekdil qərarıyla ərizəsi daxil olmuş aşağıdakı şəxslər CASCFEN üzvlüyünə qəbul edilib (əlifba sırasıyla):

1. Dr. Faiq Qəzənfəroğlu – Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi

2. Elbrus Ərud – Qafqazİnfo.az İnternet qəzetinin baş direktoru

3. Firuzə Bəyməmmədqızı – Jurnalistlər Extremal Şəraitdə İctimai Birliyinin sədri

4. Həcər Yusifqızı – müstəqil jurnalist

5. İlqar Şahmaroğlu – nəşriyyat və kitab ticarəti üzrə fərdi sahibkar

6. Nigar Nizamiqızı – ‘’Palitra" qəzetinin müxbiri

7. Nurlan Qələndərli – "Yeni Azərbaycan" qəzetinin müxbiri

8. Rizvan Qənbərli – "My Media" reklam agentliyinin direktoru

9. Şirinxanım Kərimbəyli Şadiman – şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü

10. Tahir Aydınoğlu – "Xalq qəzeti" redaksiya heyətinin üzvü

11. Vəli Vəliyev – "Səs" İnformasiya Agentliyinin icraçı direktoru

12. Vüqar Tofiqli – Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru

13. Zahid Cəfərov – "Yeni Azərbaycan" qəzetinin texniki redaktoru

Xatırladaq ki, CASCFEN-in Məclisi 23 dekabr 2012-ci il tarixində Park Inn hotelində keçiriləcək. Toplantı bütün CASCFEN üzvləri üçün açıqdır. Burada həm Məclisin, həm də CASCFEN Nəzarət-Təftiş Komissiyasının tərkibi formalaşdırılacaq, qurumun 2013-cü il üçün proqramı qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə