ASAIF-in baş katibi Türkiyə səfər edib

ASAIF-in baş katibi Türkiyə səfər edib

Bu günlərdə ASAIF-in baş katibi Vüsal Qurbanov ASAIF-in təşkilatçılığı ilə təşkil olunmuş "Türkiyə Azərbaycan Dostluğu Tarixi" adlı konfransa qatılmaq üçün Türkiyəyə səfər edib. ASAIF-dən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Türkiyədə yaşayan azərbaycanlı tələbələrlə görüşmək, ASAIF-in təqdimatını keçirmək olub.

Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirən Vüsal Qurbanov eyni zamanda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovla görüşüb. Əvvəlcə cənab səfirə Türkiyəyə səfər və görüşün məqsədi açıqlanıb, daha sonra isə ASAIF haqqında məlumat verilib, gələcəkdə ASAIF-in Türkiyədəki planları ətrafında fikir mübadiləsi aparılıb.

Cənab səfir Faiq Bağırov öz növbəsində ASAIF-in işini yüksək qiymətləndirib, Türkiyədə təhsil alan tələbələrimiz haqqında məlumat verib.

Səfir Türkiyədə ASAIF-in işlərinin daha səmərəli olması üçün əlindən gələni edəcəyinə və bunun üçün hər cür şəraitin yaradılacağına söz verib. Görüş qarşılıqlı maraq doğuran fikirlər ətrafında müzakirələrlə davam edib.

Vüsal Qurbanov eyni zamanda Təhsil Nazirliyinin Türkiyədə təhsil üzrə müşaviri Nəcibə Nəsibova ilə görüşüb. Xanım N.Nəsibova Türkiyədə oxuyan Azərbaycanlı tələbələrin vəziyəti ilə maraqlanıb və gələcəkdə Türkiyədə təhsil alan gənclərimizi ASAIF ailəsi ətrafında görməkdən məmnun olacağını bildirib. Nəcibə xanım isə ASAIF-in işi ilə yaxından tanış olduğunu, gələcəkdə ASAIF ilə həyata iş birliyi keçirmək üçün böyük potensialın olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə