ANAMA-nın minatəmizləmə əməliyyatları ilə birgə minadan zərərçəkənlərə yardım sahəsində də kifayət qədər təcrübəsi vardır və bu sahə üzrə prioritetdə olan layihələr bu gün də uğurla həyata keçirilir. ANAMA tərəfindən "Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi", "Minadan zərərçəkənlərə bərabər imkanlar", "Azərbaycanda Мinadan Zərərçəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikrokreditlər Fondu", "Minadan zərərçəkənlər və onların ailə üzvlərinə 3 aylıq komputer kurslarının təşkili" və eləcə də "Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi" layihələri həyata keçirilib.
Qeyd olunmuş layihənin davamı olaraq 4 dekabr 2012-ci il tarixdə Masallı, Biləsuvar, Ağcabədi, Tərtər, Qazax və Lerik rayonlarından olan 9 nəfər minadan zərərçəkən 18 gün ərzində Abşeron, Günəşli və Qaranquş Pansionatlarında tam müayinə olunur, müalicə və reabilitasiya kursları alırlar.
Zərər çəkmiş şəxslərin sanatoriya şəraitində tibbi xidmət almasına yardım layihəsinin davamı olaraq 2013-cü ilin yanvar və fevral aylarında ölkənin müxtəlif regionlarından 21 nəfər zərərçəkən şəxsin müalicə və reabilitasiya kursunu keçməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB