Sloveniyalı gənclər Bakıda

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində ARGTMŞ və Sloveniyanın dövlət, QHT sektorunun nümayəndələri və fəal gənclərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, görüş zamanı ARGTMŞ-nin təqdimatı keçirilib, Sloveniya nümayəndə heyətinə ARGTMŞ-nın tarixçəsi, məqsədləri və fəaliyyətindən bəhs olunub. Həmçinin nümayəndə heyətinə təşkilatın əsas prioritet istiqamətləri - üzv təşkilatların fəaliyyətlərinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və gənclərin Dövlət Proqramı və Gənclər Siyasətində fəallığının artırılması haqqında məlumat verilib. Bu istiqamətlər çərçivəsində bu günə qədər görülən işlər və gələcək planlardan danışılıb. Daha sonra Sloveniyalı gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, görüş zamanı həmçinin iki ölkənin gəncləri arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi məsələsinə toxunulub və bu istiqamətdə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə