Çinin paytaxtı Pekində Rusiya Mədəniyyəti Mərkəzində "Pekin tələbə təşkilatlarının gələcək inkişafı" mövzusunda konfrans keçirilib. ASAIF-dən SİA-ya verilən məlumata görə, SSNG-in sədri Mariya Pasuginovanın sözlərinə görə, konfransın əsas məqsədi Pekində təhsil alan əcnəbi tələbələr arasında əməkdaşlıq üçün geniş platforma yaratmaq olub. Konfransda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, tələbə təşkilatlarının təqdimatları olub.
Tədbirdə ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) (Azərbaycan ), Aknur (Qırğızıstan), Jas Kyran (Qazaxıstan), Thinking China (Rusiya), SSNG (MDB) kimi böyük tələbə təşkilatlarının nümayəndələri iştirak edib.
Hər bir nümayəndə öz maraqlı çıxışları ilə yadda qalıb. ASAIF-in Çindəki nümayəndəsi Natiq Xəlilov tədbirdə ASAIF barəsində geniş məlumat verib və ASAIF-in Pekində fəaliyyət göstərən bütün aktiv tələbə təşkilatları ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb. SSNG-in baş katibi Aybol Niqmetovun məlumatına görə yaxın gələcəkdə tələbə təşkilatları arasında xeyriyyə məqsədli tədbirlər və mədəniyyət festivalları çərçivəsində əməkdaşlıqlar nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB