“ GOOGLE ” da işləyən həmyerlimiz...

“ GOOGLE ” da işləyən həmyerlimiz...

" GOOGLE " da işləyən həmyerlimiz lisey şagirdlərilə görüşüb. SİA-nın Şimal bürosu xəbər verir ki, Quba Özəl Türk liseyinin konfrans zalında bu liseyin məzunu, dünya olimpiadasının fizika fənni üzrə qızıl medalçısı, hazırda Amerikada "google" şirkətində proqramçı kimi çalışan Tural Bədirxanlı lisey şagirdlər ilə "Fürsətlər və onu qiymətləndirmək" mövzusunda görüş keçirib. Tural Bədirxanlı lisey şagirdləri ilə görüşdə məqsədyönlü dərs çalışmağın, daha əzmkar bir davranış sərgiləyərək bir çox nailiyyətlər əldə olunmağın mümkünlüyünü vurğulayıb.

O, daha bir məsələni də qeyd edərək bildirib ki, zəhmətkeş və əzkmar insan gec-tez hədəfinə nail olur: "Sözsüz ki, hər bir insanın özünəməxsus qabiliyyəti var və əsas məsələ hər insanın öz hədəfini müəyyən etməsi, onun uğrunda mqəsədlli çalışmasıdır".

Qeyd edək ki, Tural Bədirxanlı Quba Özəl Türk Liseyini bitirəndən sonra Türkiyənin Boğaziçi Universitetinin Fizika fakultəsinə daxil olub, daha sonra isə 2 ci kursdan Amerikada Massaçusets Texnologiya Universitetinin "Komputer elmləri və mühəndisliyi" fakultəsi üzrə bakalavr və magistr təhsili alıb. Hazırda "Google" şirkətinin mühəndisidir.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə