Bu gün Azərbaycan Dövlət Milli Dram Teatrında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransına qonaq qismində qatılan tanınmış ilahiyyatçı alim Nihat Hatipoğlu ile görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, Nihat Hatipoğlu çıxışında Azərbaycana ilk gəlişindən və konfransda iştirak etməyindən məmnun olduğunu bildirib. O islam dinin dəyərləri barəsində məlumat verib. Həzrəti Peyğəmbər və Əhli-beyt barəsində danışan N.Hatipoğlu yer üzərində ən dəyərli insanların məhz müsəlman olub, dininə "aşiq" olanların olduğunu deyib.
İlahiyyatçı alim öz növbəsində insanların 21 dekabr "Qiyamət günü" ilə bağlı suallarını da cavablandırıb. O bildirib ki,"Qiyamət günü" Qurani-Kərimdə belə qeyd olunmayıb: "Hətta onu sonuncu Peyğəmbər Həzrəti Məhəmməd belə bilməyib. Biz maya təqviminə görə deyil, Allahın təqviminə görə yaşayırıq. "Qiyamət günün" olması üçün İslam dinində bir sıra əlamətlər var. Nə qədər ki, Məkkə və Mədinə şəhərləri qeyb olmayıb, Qurani-Kərimdən yazılar silinməyib deməli hələ qiyamət yaxınlaşmayıb".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB