''Ağla mənim üçün bu şəhər və Sən''

''Ağla mənim üçün bu şəhər və Sən''

Azərbaycanın böyük bəstəkarı Oqtay Kazıminin ailə üzvlərinin təşəbbüsü, millət vəkili Qənirə Paşayevanın və Respublikanın əməkdar artisti Aybəniz Haşımovanın ideya müəllifi olduğu Oqtay Kazıminin 80 iilik yubileyi günü ilə bağlı dekabrın 25-də onun musiqiləri əsasında hazırlanmış ''Ağla mənim üçün bu şəhər və Sən'' adlı layihənin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihənin musiqi rəhbəri Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovadır. Ailə üzvlərinin təşəbbüsü və ideyası ilə görkəmli bəstəkar Oqtay Kazıminin indiyədək işıq üzü görməyən bir sıra musiqilərinə, mahnılarına Qənirə Paşayeva sözlər yazıb. Eyni zamanda görkəmli bəstəkarın bəzi əsərləri yenidən işlənərək yeni aranjımanda təqdim olunacaq. 7 mahnı, 1 duet şəklində təqdim olunacaq musiqiləri, Oqtay Kazımiyə sözləri Qənirə Paşayevaya aid olan layihə təqdimat mərasimində gecə və konsert şəklində təqdim olunacaq. Layihənin təqdimatını Azərbaycanın Əməkdar Artisti və Oqtay Kazimi ilə sıx əməkdaşlıq şəraitində çalışmış Aybəniz Haşımovanın aparıcılığı ilə keçəcək. Layihədəki əsərlər Azərbaycanın Əməkdar Artistləri Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc və istedadlı sənətçilər Ayaz Qasımov və Aynişan Quliyeva tərəfindən ifa olunub. Layihə, mahnılardan ibarət disk yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, Oqtay Kazıminin 80 illik yubileyi ilə əlaqədar hazırlanan və təqdim ediləcək layihənin təqdimat mərasimində ölkəmizin tanınmış ziyalıları, sənət adamları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə