Bəzi kütləvi informasiya vasitələrində Siyəzən rayonunda icra hakimiyyəti tərəfindən Yeni il tədbirləri ilə əlaqədar rayonun büdcə təşkilatlarında çalışanlardan və sahibkarlardan xərac yığıldığı barədə həqiqətə uyğun olmayan qərəzli məlumatlar gedib.
Bu barədə SİA-ya Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib. İcra hakimiyyətindən qeyd olunub ki, rayonda nəinki Yeni il şənlikləri ilə bağlı, ümumiyyətlə, heç bir tədbirin keçirilməsi üçün pul yığılmayıb: "Əgər kimlərdəsə bununla bağlı konkret fakt varsa, İcra Hakimiyyətinə müraciət edə bilər. Bir daha yazılanların əsassız və uydurma məlumat olduğunu bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB