Xaçmaz RİH-dən etiraz: yazılanlar böhtan və qərəzlidir

Xaçmaz RİH-dən etiraz: yazılanlar böhtan və qərəzlidir

Son günlər bəzi kütləvi informasiya vasitələrində Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyev barədə böhtan və tamamilə əsassız və qərəzli yazılar dərc olunub. Bunu SİA-ya Xaçmaz Rayon İcra Hakimiyyətindən bildiriblər.

Yazılarla bağlı münasibət bildirən icra hakimiyyətinin rəsmisi qeyd edib ki, A.Haqverdiyev öz işgüzarlığı və bacarığı ilə fərqlənən, verilən tapşırıqların öhdəsindən layiqincə gələrək, rayonda aparılan abadlıq və quruculuq işlərində ən fəal rol oynayan, əhali arasında nüfuza malik olan dövlət məmurlarından biridir. Bu məsuliyyətsiz və hec bir fakta söykənməyən uydurma bəyanatı yayan insanlar bilməlidirlər ki, bu cur bir məsələ olsaydı buna hüqüq-mühafizə orqanları tərəfindən layiqli qiymət verilərdi.

"Bir daha yazılanların əsassız və kimlərinsə subyektiv maraqlarına qulluq edən məlumatlar olduğunu bildiririk", - deyə açıqlamada bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə