Oksford Universitetinin professoru Şərqşünaslıq İnstitutunda olub

Oksford Universitetinin professoru Şərqşünaslıq İnstitutunda olub

Oksford Universitetinin professoru, şərqşünas alim Robert Hoyland AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. SİA-nın məlumatına görə, professor R.Hoyland millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb.

Görüşdə Azərbaycanda şərqşünaslıq elmi barədə fikir mübadiləsi aparılıb. Gövhər xanım qonağa rəhbərlik etdiyi institutunu fəaliyyəti, ümumiyyətlə, ölkəmizdə akademiya sistemi barədə ətraflı məlumat verib. Ərəblərin tarixən İslamı yayması ilə bağlı tədqiqatlar aparan professor R.Hoyland İslam dininin Azərbaycana gəlməsi ilə bağlı maraqlanıb.

G.Baxşəliyeva Oksford Universitetinin professoruna İslamın Azərbaycanda yayılması barədə danışıb, həmçinin bu istiqamətdə ədəbiyyat, əlyazmaları ilə respublikamızın hansı elmi müəssisə və kitabxanalarında tanış olmağın mümkünlüyü barədə tövsiyələrini verib. Professor R.Hoyland Şərqşünaslıq İnstitutunda İslam dini ilə bağlı çapdan çıxmış əsərlərlə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə