Hava şəraitinin pisləşməsi regionlara enerji təminatında problem yaradıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, İmişli və Hacıqabul rayonunun əksər kəndlərində soyuqlar düşəndən bəri elektrik enerjisinin təminatında problemlər yaşanır. Ümumiyyətlə, ölkənin bu regionuna elektirk enerjisi fasilələrlə verilir. Əməkdaşımızın bizə verdiyi məlumata görə, regionda ortaya çıxan problem enerji itkisi ilə bağlıdır. Belə ki, "Azərenerji" Səhmdar Cəmiyyəti elektrik enerjisini təyinatına uyğun olaraq sərf etmir.
Analoji problem ölkənin şimal rayonlarında da mövcuddur. SİA-nın Şimal bürosunun verdiyi məlumat görə, bölgəyə yağan qar səbəbindən baş verən yüklənmə əhalini işıqsız qoyub. "Azərenerji"nin yerli qurumlarından verilən məlumata görə, problemin aradan qaldırılması üçün səhmdar cəmiyyətdən heç bir texniki avadanalıq göndərilməyib.
Qeyd edək ki, enenrji problemi nəyinki kəndlərdə, hətta rayon mərkəzində də mövcuddur. Əməkdaşımızın verdiyi məlumata görə, rayonun elektrik şəbəkəsinə əlavə yüklənmə nəticəsində bölgədə enerji problem yaranıb. Əksər kəndlər günlərdir işıqsız qalıb.
Məlumat üçün bildirək ki, ölkə prezidenti İlham Əliyev regionlarda digər kommunal xidmətlərlə yanaşı elektrik enerjisinində tam fasiləsiz verilməsi üçün xüsusi tapşırıq verib. Lakin "Azərenerji" Səhmdar Cəmiyyəti göründüyü kimi verilən tapşırığa tam əməl etmir, yaxud edə bilmir.
"Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova müxbirimizə verdiyi açıqlamasında isə adıçəkilən rayonlarda bu cür problemin olmadığını bildirib.
P.S. Şimal bürosunun verdiyi məlumata görə, hazırda bölgənin rayonlarında elektrik enerjinin əhaliyə verilməsində yaranan problemlər aradan qaldırılır. "Azərenerji"nin rayon şöbəsi də əhalinin stabil enerji ilə təmin edilməsi üçün bütün işləri görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB