ARGTMŞ MDB ölkələrinin beynəlxalq sessiyasında iştirak edib

ARGTMŞ MDB ölkələrinin beynəlxalq sessiyasında iştirak edib

ARGTMŞ sədri MDB ölkələrinin "Gənclər 2012" adlı beynəlxalq sessiyasında iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə 12-15 dekabr 2012-ci il tarixlərində Moskvada Beynəlxalq Əməkdaşlığın İnkişafı Naminə Dəstək Fondu tərəfindən təşkil olunan "Gənclər 2012" sessiyasında iştirak edib. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Moldova respublikalarının nümayəndələri iştirak ediblər. Tədbirdə həmçinin idman və sağlam həyat tərzi ili çərçivəsində həyata keçirilən layihələrdə ən aktiv iştirak edən ölkələrin nümayəndələri, MDB ölkələrinin gənc jurnalistləri, idman və sosial fəaliyyət sahəsində aktiv olan gənc istedadlar iştirak ediblər. Sessiya çərçivəsində fərqli formatlarda və müxtəlif mövzuları əhatə edən ünsiyyət blokları keçirilib. Bundan əlavə sessiyada gənclər parlamenti haqqında müzakirələr baş tutub. Sessiya ərəfəsində ARGTMŞ-nın sədri, Şahin Seyidzadə Rusiya Federasiyası Gənclər və Uşaq Təşkilatları Milli Şurası və Rusiya Parlamenti Federasiya Şurasının Sosial Siyasət komitəsinin nümayəndələri ilə görüşlər keçirilib.

Qeyd edək ki, gənclər sessiyası MDB ölkələrində idman və sağlam həyat tərzi ilinə və MDB Parlamentlərarası Assambleyasının 20 illiyinə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə