TÜRKPA baş katibi GUAM Parlament Assambleyasının növbəti plenar sessiyasında iştirak edəcək
TÜRKPA baş katibi Ramil Həsənov 19-20 dekabr 2012-ci il tarixlərində,GUAM Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti 5-ci plenar sessiyasında iştirak edəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan və Moldova parlament nümayəndə heyətləri ilə yanaşı Baltik Assambleyası, Benilüks Parlamenti, Şimal Şurası, Vişeqrad ölkələrinin parlamentarları və digər beynəlxalq parlament qruplarının nümayəndələrinin iştirakı gözlənilir.
Sessiyanın gündəliyinə Avropa ilə inteqrasiya və Şərq Tərəfdaşlığı Proqramı, təhlükəsizlik məsələləri və bu sahədə beynəlxalq parlament təşkilatlarının rolu, həmçinin digər aktual məsələlər daxil ediləcək.
Qeyd edək ki, plenar sessiya çərçivəsində TÜRKPA baş katibi R.Həsənov "Regionlararası əməkdaşlığın inkişaf etdirilməsində regional və beynəlxalq parlament təşkilatlarının rolu" mövzusunda çıxış edəcək. Baş katib çıxışında qısa olaraq təşkilatın tarixi, strukturu və fəaliyyəti barədə məlumat verəcək, eyni zamanda fəaliyyətdə olduğu qısa müddət ərzində TÜRKPA-nın regiondakı digər dövlətlər, milli parlamentlər və beynəlxalq təşkilatlarla qurduğu əlaqələrdən və əməkdaşlıqdan bəhs edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB