Məzahir Süleymanzadənin 60 illik yubileyi

Məzahir Süleymanzadənin 60 illik yubileyi

Bu gün Milli Mətbuat Şurasının və Dialoq-Avrasiya Platformunun təşkilatçılığı ilə birgə yazıçı-jurnalist Məzahir Süleymanzadənin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Dialoq Avrasiya Platformunun nümayəndəsi Mustafa Saatçı, ictimai xadimlər və bir sıra qəzetlərin baş redaktorları, jurnalistlər, publisist-yazarlar iştirak edib.

Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, Məzahir Süleymanzadənin informasiya blokadası şəraitində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olub: "20 yanvar və Xocalı faciələrinin dünyaya çatdırılmasında ayrı-ayrı informasiya agentliklərində yalnış məlumatlar dərc olunub. Lakin Məzahir Süleymanzadə hər iki faciə ilə bağlı "Səhər" qəzetində həqiqətlərin tam düzgün çatdırılması üçün geniş reportaj dərc etdirib.1000-dən artıq kiçik və böyük həcmli Azərbaycan hərbçiləri bağlı məqalələr yazan M. Süleymanzadə idman sahəsində də böyük uğurlara nail olub. O həm ictimai xadim, həm də dəyərli publisistdir".

Mətbuat şurası M. Süleymanzadənin informasiya blokadası şəraitində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə "Həqiqətə xidmətə görə" mükafatına layiq görüb.

Daha sonra ictimai xadimlər, jurnalistika sahəsinin tanınmış nümayəndələri M.Süleymanzadənin xidmətlərini qiymətləndirib. Qeyd olunub ki, onun publisistikada əldə etdiyi uğurlar bu gün Azərbaycan mətbuatında iz qoyub.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə