“Freedom House qeyri-obyektiv təşkilatdır"

“Freedom House qeyri-obyektiv təşkilatdır"

"Freedom House son illərdə öz hesabatları ilə göstərdi ki, o qeyri-obyektiv təşkilatdır". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev SİA-ya verdiyi açıqlamasında bildirib.

Şura sədri qeyd edib ki, Freedom House bütün nüfuzunu itirir: "Çünki o verdiyi hesabatda hər hansı ciddi mənbəyə əsaslanmır. Biz dəfələrlə iradlarımızı bildirmişik, hər hansı hesabatı hazırlayarkən informasiyaları qarşı tərəf olmadan birtərəfdən almaq olmaz. Freedom House Azərbaycan dövlətinin əleyhinə olan bir təşkilatdan məlumatı alır və olduğu kimi də dərc edir. Təəssüflər olsun ki, Avropanın etiraf etdiyi uğurları bu cür təşkilatlar tanımır".

Azay Quliyev həmçinin qeyd edib ki, 2011-ci ildə Azərbaycan vətəndaş cəmiyyətinin inkişafı Avropada ən qabaqcıl təcrübə kimi qeyd olundu: "Lakin bu hesabatda Azərbaycanın bütün uğurları kölgə altına salınır, xırda problemlər süni şəkildə şişirdilərək təqdim edilir".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə