Azay Quliyev: "Qanunverici orqanlarında QHT-lərin iştirakı vacibdir"
Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VIII Qurultayı keçirilir. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək ilk öncə QHT-lərə göstərilən dövlət qayğısından danışıb.
Şura sədri qeyd edib ki, elə QHT-lər var ki, onların layihələrinə heç baxmaq olmur: "Hesab edirəm ki, həmin QHT-lər daha ciddi layihələr təqdim etməli və beynəlxalq əlaqələri gücləndirilməlidir. Onların layihələrində bu öz əksini tapmalıdır".
Azay Quliyev həmçinin qeyd edib ki, QHT-lər BMT-də ATƏT-də və başqa beynəlxalq təşkilatlarda müşahidəçi kimi iştirak etməlidir: "Hesab edirəm ki, biz bununla bağlı "Qrant" müsabiqəsi elan etməliyik".
O eyni zamanda əlavə edib ki, qanunverici orqanlarında QHT-lərin iştirakı da vacibdir.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB