Milli QHT Forumunun VIII Qurultayı keçirilir

Milli QHT Forumunun VIII Qurultayı keçirilir

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VIII Qurultayı keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbirdə 400-dən çox QHT nümayəndəsi, 20 media təmsilçisi, 40-a qədər dövlət və hökümət qurumları ilə yanaşı, Milli Məclis üzvləri iştirak edirlər.

Qurultay iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarların ziyarət ediblər. Onlar eyni zamanda Şəhidlər Xiyabanında vətənimizin müstəqilliyi uğurunda canlarından keçən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qurultayı Milli QHT Forumunun prezidenti Rauf Zeyni açıb. Daha sonra qurultayın rəhbər orqanlarının seçilməsi üçün səsvermə keçirilib. Rauf Zeyni Milli QHT Forumunun hesabatını məruzə edib.

Qeyd edək ki, qurultay davam edir.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə