Azərbaycanda olan tolerantlıq hazırda dünyanın əksər ölkələrində mövcud deyil. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Diyanət İşləri bakanı Mehmet Görməz deyib.
O dünya ölkələrinin əksəriyyətində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamasından məmnunluğunu dilə gətirib: "Bu isə Azərbaycanın dini, milli və irqi ayri seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir".
Mehmet Görməz qeyd edib ki, "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu dövlət-din münasibətlərinin tənzimlənməsində, dini tolerantlığın güclənməsində və beynəlxalq təcrübənin bölüşdürülməsi istiqamətində atılmış böyük addımlardandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB