Bakı Forumu öz işinə başlayıb

Bakı Forumu öz işinə başlayıb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə Bakıda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, beynəlxalq forumun xarici ölkələrdən dəvət olunmuş iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarların ziyarət ediblər. Qonaqlar eyni zamanda Şəhidlər Xiyabanında vətənimizin müstəqilliyi uğurunda canlarından keçən Şəhidlər Xiyabanınıda ziyarət ediblər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görməz və dünyanın müxtəlif ölkələrinin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların qatılacağı gözlənilir.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq forumda "Tolerantlıq: konsepsiya və ictimai baxış", "Dövlət-din münasibətlərində müasir meyllər", "Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli", "Tolerantlıq və ifadə azadlığı", "Universal Dialoq axtarışında" adlı 5 plenar iclas keçiriləcək.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə