Bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında
havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti təşkil edəcək. Ölkənin rayonlarında hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Dekabrın 19-dan 21-dək ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB