Şərqşünas alimimiz "I Türk hüquq tarixi konqresi"-nə dəvət edilib
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov 21-22 dekabr 2012 tarixində İstanbul Universiteti Hüquq Fakultəsi tərəfindən təşkil ediləcək "I Türk hüquq tarixi konqresi"-nə dəvət edilib. AMEA-dan SİA-ya verilən məlumata görə, 20-dən artıq ölkənin alimlərinin iştirak edəcəyi konqresdə azərbaycanlı şərqşünas alim "Azərbaycanda Osmanlı hüquq sisteminin tətbiq edilməsi" mövzusunda məruzə ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB