ATƏT-in Bakı ofisində görüş keçirilib

ATƏT-in Bakı ofisində görüş keçirilib

QHT Əməkdaşlıq Alyansının rəhbərliyi ATƏT-in Bakı ofisində görüş keçirib. QHT Əməkdaşlıq Alyansının nümayəndələri və həmsədri Yadigar Məmmədli Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisində qurumun Demokratikləşmə şöbəsinin rəhbəri, Nikolas Deç və Məhkəmə-hüquq məsələləri üzrə mütəxəssisi, Nataşa Raşiçlə görüşüb. SİA-nın məlumatına görə, görüşdə QHT Əməkdaşlıq Alyansının Azərbaycanda ictimai sektorun inkişafı ilə bağlı həyata keçirdiyi siyasətinin prioritetləri və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər barədə diplomatlara ətraflı məlumat verilib.

Alyans təmsilçiləri Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduqlarını, eləcə də ATƏT-in Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə də sıx əlaqələrin qurulmasının vətəndaş cəmiyyətinin inkişafına müsbət töhfə verəcəyini bildiriblər.

Diplomatlar – N.Deç və xanım N.Raşiç QHT Əməkdaşlıq Alyansının fəaliyyətini müsbət dəyərləndirdiklərini qeyd edərək, təmsil etdikləri qurumun QHT-lərin proqram və layihələrinə maliyyə dəstəyi verdiyini və Alyansla da əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə