"Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına təqdim olunan məruzədə Azərbaycan hökumətinə aid olan bağlı xeyli tənqidi məsələlər var". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi heç bir zaman tənqiddən qorxmur: "Bu tənqidlərə diqqətlə qulaq asırıq, əgər bu konstruktivdirsə və reallıqları əks etdirirsə biz bu tənqidlə işləməyə hazırıq. Biz nəyin əleyhinəyik? Beynəlxalq qurumlarda sözügedən tənqidlərdən istifadə edib, Azərbaycana qarşı təzyiq təşkil etsinlər. Bu təzyiqin qarşısında biz tutarlı cavab verməyə hazırıq. Bu təzyiqlər istiqamətində gedən iş Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçisi Kristofer Ştrasserin məruzəsidir. Onun məruzəsini də yalanla, böhtanla dolu, reallığı əks etdirməyən, ümumiyyətlə Azərbaycanın Avropa Şurasına inteqrasiyanına xidmət etməyən bir cəhd kimi qiymətləndirirəm. Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçisi Kristofer Ştrasser Avropa Şurası deyil. Azərbaycanla AŞPA arasındakı münasibətlər heç vaxt bir şəxsin timsalında təhlil edilməməlidir. Bu münasibətlər normal, konstruktiv şəkildə inkişaf edir, içərisində konstruktiv tənqidi məqamların üzərində Azərbaycan tərəfi də işləməyə hazırdır".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB