Bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında əsasən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki,
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.
Ölkənin rayonlarında gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Dekabrın 18-dən 20-dək Abşeron yarımadasında havanın temperaturunun tədricən yüksəlməsi gözlənilir və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB