Vəsait rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə sərf olunacaq
Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB