Gələn il Bakıda AVRONEST-in komitə iclası keçiriləcək

Gələn il Bakıda AVRONEST-in komitə iclası keçiriləcək

Fuad Muradov: "Azərbaycanda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricidir"

"Azərbaycan yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu ölkəmizin artan nüfuzunun göstəricidir". Bu fikirləri AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, gələn ilin fevral ayınrda Bakıda AVRONEST PA-nın Enerji təhlükəsizliyi komitəsinin iclası keçiriləcək və ölkəmizə olan diqqətin və etimadın göstəricisidir. Onun sözlərinə görə, tədbirdə müzakirə olunan məsələlərin siyahısı artıq müəyyənləşib.

"İclasda ötən dövrdən bu yana enerji sahəsində həyata keçirilən fəaliyyətə dair məlumatlar veriləcək. Mövzulardan biri bərpa olunan enerjinin Avropa məkanında istifadə olunmasıdır. Avropa Parlamentinin Enerji komitəsinin üzvləri eyni zamanda xüsusi bənd olaraq Azərbaycanın qoşulduğu yeni regional enerji layihələrini müzakirəyə çıxaracaq", - deyə, F.Muradov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə