Dağlıq Qarabağ münaqişəsi Niderland Parlamentində

Dağlıq Qarabağ münaqişəsi Niderland Parlamentində

Benelüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə 10 dekabr 2012 ci il tarixdə Beynəlxalq İnsan Haqları Günü ilə əlaqədar "Dağlıq Qarabağ münaqişəsi və Cənubu Qafqaz regionunun təhlükəsizliyi" mövzusunda Haqqa şəhərində Niderland Krallığı Parlamentinin "İnternational Perscentrum" binasında konfrans keçirildi.

SİA-nın məlumatına görə, Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov çıxış edərək 1988-1993-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20%-dən çox ərazisi işğal edildiyini və 20 min nəfərdən artıq azərbaycanlının həlak olduğunu, 100 min nəfərdən çox yaralandığını, 50 min nəfərə qədər müxtəlif dərəcəli xəsarət aldığını və 4853 nəfər itgin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələdə Ermənistanda əsirlikdə qaldığını qeyd etdi.

Birləşmiş Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazisinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı qəbul etdi. 822, 853, 874, 884 saylı qətnamələri hələdə yerinə yetirilməməsi barədə təəssüflə qeyd etdi.

Tədbirə Azərbaycandan və digər xarici ölkələrdən hökumət və Qeyri Hökumət nümayəndələrindən Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, birliyin idarə heyyətinin üzvlərindən Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev və Məcid Məmmədov, Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev və başqa qonaqlar iştirak edərək Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri haqqında çıxış edərək qonaqlara ətraflı məlumat verilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev çıxış edərək bildirdi ki, biz azərbaycanlılar bir daha bəyan edirik ki, Qarabağın qeyri-şərtsiz erməni işğalçılarından təxirə-salınmadan azad olunması barədə BMT TŞ-nın qəbul etdiyi 4 qətnaməsi icraya yönəlsin və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qaytarılması təmin edilsin. Əks təqdirdə biz nəyin bahasına olursa olsun, tezliklə mənfur erməni işğalçılarından torpaqlarımızı təmizləyərək azad edəcəyik. Çünki işğal edilmiş Azərbaycan torpaqları əsarətdə qala bilməz.

Vahid Quliyev çıxışının sonunda belə bir mühüm əhəmiyyət kəsb edən tədbirin təşkilatçıları olan Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və sədr müavini Elsəvər Məmmədova təşəkkürünü bildirdi.

Tədbirdə Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri haqqında sənədli filim nümayiş etdirildi və Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən "Azərbaycanın Milli Qəhrəmanları" adlı kitab tədbir iştirakçılarına paylanıldı.

Həmçinin Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov tərəfindən bütün dünya parlamentlərinə müraciətin göndərilməsi barəsində qərar qəbul olundu.

Tədbirin sonunda millət vəkilləri Q.Paşayeva, A. Əliyevə və Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı "Azərbaycan və Dağlıq Qarabağ Həqiqətlərinin təbliği istiqamətlərində apardığı xidmətlərinə görə" Benelüks Azərbaycanlıları Konqresinin I-ci dərəcəli diplomu ilə təltif edildilər.

Bütün xəbərlər Facebook səhifəmizdə