Məlum olduğu ki, ABŞ-da Dövlət katibi postuna Massaçusets şatatından olan senator Con Kerrinin namizədliyi irəli sürülüb. Bəs yeni Dövlət Katibinin apardığı siaysət hansısa əlaməti ilə diqqət cəlb bedə bilərmi!? Politoloqlar bizimlə söhbətdə bildiriblər ki, ABŞ-ın müəyyənləşdirdiyi dövlət strategiyası var və bundan kənara çıxmaq mümkün deyil. Bəs Qafqaz regionu, xüsusilə də Azərbaycanla bağlı necə, Hillari Klintondan fərqli nəsə addım atıla bilərmi?
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bildirib ki, ABŞ-ın regionla bağlı məlum siyasəti var: "Həmin siyasəti də həyata keçirən ölkə prezidenti Barak Obamadır. Prinsip etibarilə elə bir ciddi dəyişikliyin olmasını gözləmirəm. Məsələ bundadır ki, Con Kerri haqqda Azərbaycan cəmiyyətində elə də müsbət fikirlər yoxdur. Ən azı o səbəbdən ki, həmin Con Kerri 1992-ci ildə iyul ayının 18-də "Azadlığa müdafiə aktı"na 907-ci düzəlişlə bağlı layihə hazırlayaraq senata təqdim etmişdi. Və bu qanun elə həmin il oktyabrın 24-də qəbul olunmuşdu. Yəni bu gün ABŞ-Azərbaycan münasibələrində ən anlaşılmaz məqamlardan biri həmin 907-ci maddədir. Həmin maddənin də müəllifi Con Kerridir. Əvvəla, C.Kerri senator olarkən çox şey deyə bilər, ancaq Dövlət katibi olduqdan sonra xarici siyasətlə bağlı bütün yük onun çiyninə düşdüyünə görə heç də istədiyi kimi hətəkət edə bilməyəcək. Barak Obama prezident seçkilərində vəd vermişdi ki, əgər prezident seçilsə qondarma "erməni soyrıqırı"mını tanıyacaq. Ancaq sonradan başa düşdü ki, bu Türkiyə kimi starteji bir müttəfiqi itirmək deməkdir. Hesab edirəm ki, C.Kerri də 907-ci düzəlişin müəllifi olsa da xarici siyasətə cavabdehlik funksiyası onu fərqli siyasət aparmağa vadar edəcək.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB