Qış fəslində sizi isidə biləcək 8 içki növü

Qış fəslində sizi isidə biləcək 8 içki növü

1. Zəncəfil çayı

Payız soyuq və soyuqdəymə epidemiyalı havasına qarşı ən yaxşı çay növü zəncəfil çayıdır. Onu hazırlamaq üçün qara və ya yaşıl çayı adi qaydada dəmləyin, sadəcə olaraq ona zövqə görə zəncəfil əlavə edin. Bu isidici içkini xoş ətirlə dəmləyin və həzz alın.

2. Qəhvə

Qızışdıran və canlandıran içki. Onu hazırlamaq çətin deyil. Ürəyinizcə olan qəhvənin növünü seçin, dəmləyin və həzz alın. Bu sizi payız sərinliyinin yarada biləcəyi soyuqdəymədən uzaq edər.

3. İsti şokolad

İsti şokoladın hazırlanması üçün sizə tünd şokolad kaşısı (plitkası), süd və şəkər lazım olacaq. İstəyə görə darçın və ya başqa ədviyyat da əlavə etmək olar.

4. Bal şərbəti

Məşhur alkoqolsuz içki. Suyla balı qarışdırın və 30 dəqiqə qaynadın. Sonra ədviyyatlar əlavə edin və daha 5 dəqiqə ərzində qaynadın. Tənzif vasitəsilə bal şərbətini süzün və için.

5. Qroq

Bu içki böyüklər üçündür. Qroq soyuqdəymənin profilaktikası üçün qəbul edilir. Bundan başqa o əhval-ruhiyyəni də çox gözəl qaldırır. Qroğun hazırlanması üçün Romdan və ya araqdan istifadə edirlər və buna görə də içki kifayət qədər tünd alınır.

6. Qlintveyn

Ən məşhur alkoqollu içkilərdən biri. İçki əsasında ədviyyatlarla qızdırılmış şərab. Amma bunları reseptə istəyə görə əlavə etmək olar.

7. Punş

"Punş" sözü qədim hindistan "panç"-ından əmələ gəlib. Tərkibinə rom, şərab, bal, meyvə şirəsi və ya şəkər və zövqə görə ədviyyatlar daxildir. İsti halda süfrəyə verilir.

8. Südlə flip

Bu kokteylin hazırlanması üçün konyak, süd və yumurta lazım olacaq. Hamısını qarışdırmaq və mikserlə çalmaq lazımdır. İsti içilir.

Bütün xəbərlər Facebook səhifəmizdə