Millət vəkili Ceyhun Osmanlı Vinston Çerçilin nəvəsi ilə görüşüb
Azərbaycan nümayəndə heyəti Andorra Knyazlığına səfər edib. SİA-nın məlumatına görə, nümayəndə heyəti Andorra parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr və "Azərbaycan Gələcəyə Baxış 2020" konfransında iştirak ediblər.
Nümayəndə heyəti tərkibində iştirak edən millət vəkili Ceyhun Osmanlı Andorrada keçirilən görüşlərdən sonra İspaniyanın Barselona şəhərində Vinston Çerçilin nəvəsi Cenni Çerçil və onun həyat yoldaşı Ceyms Repardla görüşüb. Görüşlərdə Azərbaycanla bağlı fikir mübadiləsi, Çerçil Fondu ilə əməkdaşlığa dair müzakirələr aparılıb. Millət vəkili onları ölkəmizə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB