Soyuq qış günündə ikimərtəbəli ev bir anda əşyaları ilə birlikdə yanaraq kül olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdədə baş verib. Rayonun Füzuli küçəsində baş verən hadisədə evin damında başlayan yanğın ətrafı bürüyüb və nəticədə Fazil Cəfərova məxsus fərdi yaşayış evi yanıb.
Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin briqadası ilə bərabər iki yanğınsöndürən avtomobil cəlb olunub. Uzun sürən müdaxilədən sonra alovu ram etmək mümkün olub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB