Keçmiş döyüşçülər Şəhidlər Xiyabanını ziyarət edib

Keçmiş döyüşçülər Şəhidlər Xiyabanını ziyarət edib

1992 -1994-cü illərdə Qarabağ müharibəsində qəhrəmanlıq göstərən keçmiş döyüşçülər görüşüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Qarabağ müharibəsində Murovdağ, Ağdərə və Ağdam bölgələrində gedən döyüşlərdə qəhramanlıq şücayətləri göstərən müharibə veteranları vətən uğrunda canından keçən igidlərin ruhuna duallar oxuyub, məzarları önünü gül-çiçək düzüblər.

Taborun yaranmasının 20-ci il dönümnü ilə bağlı təşkil edilən tədbirdə çıxış edən keçmiş döyüşçülər Azərbaycan tarixinin həmin qanlı dövrünü yada salaraq döyüş şəraitində aparılan ordu quruculuğundan söz açıblar. Taborun müxtəlif istiqamətlərdə xüsusilə, Kəlbəcər bölgəsində iştirak etdiyi gərgin döyüşlərdən danışan müharibə veteranları qeyri-bərbar döyüşlərdə düşmən xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdiklərini bildiriblər.

Azərbaycan Silahlı Qüvvələrinin bu gün Qafqazda ən güclü orduya çevirilməsini vurğulayan müharibə veteranları müharibənin hələ bitmədiyini və başlayacaq savaşda Azərbaycan əsgərinin yanında olacağını bildiriblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə