Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-170, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-120, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata istinadən xəbər verir ki, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 141 m3/s, ongünlük normanın 90 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 120 m3/s və ongünlük normanın 77 faizini təşkil edib.
Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 80 m3/s təşkil etmiş və ongünlük normanın 106 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Salyanda 6 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 1 sm, Bankədə isə suyun səviyyəsində 10 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2011-ci il dekabrın 17-də 581 sm), Şirvanda 267 sm (2011-ci il dekabrın 17-də 475 sm ), Salyanda 286 sm (2011-ci il dekabrın 17-də 433 sm), Bankədə 235 sm (2011-ci il dekabrın 17-də 317 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2011-ci il dekabrın 17-də 290 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB