Səbail rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb
"Abad həyət" layihəsi

Səbail rayonunda aparılan geniş miqyaslı abadlıq, quruculuq işləri Badamdar qəsəbəsinin görkəmini günü-gündən dəyişir. SİA-nın verdiyi məlumata görə, son 3 il ərzində görülmüş işlərlə yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən "Abad həyət" layihəsi çərçivəsində qəsəbədə 15 həyət əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Noyabr ayında qəsəbədə istifadəyə verilmiş növbəti "Abad həyət" Neftçilər döngəsi 7 ünvandakı həyət olub. Həyətin təmiri ilə yanaşı Neftçilər döngəsi 7 ünvanda yerləşən və bir-birinə paralel olan 2 binanın da əsaslı təmiri aparılaraq başa çatdırılıb.

Neftçilərin yaşadığı 50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış binaların fasadı əsaslı təmir olunaraq hər birinə 2000 kv. metrdən çox aqlay üzlük çəkilib, həyət tərəfdə binanın bloklarda yeni plastik pəncərələr və girişlərdə isə yeni dəmir qapılar quraşdırılıb.

Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilib, əlavə artırmalar sökülmüş, eyvanlar lambirlə üzlənmiş, taxtadan dekorativ bəzək vurulub. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunub. Küçə tərəfdəki ağaclar budanıb, yeniləri əkilmiş, küçəyə yeni asfalt qatı salınıb.

Binanın sakinləri görülən işlərin keyfiyyətindən razı qalmış, onlar üçün burada yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə