"Beynəlxalq Forumda bu məsələ müzakirə olunmayacaq"

"Beynəlxalq Forumda bu məsələ müzakirə olunmayacaq"

"Bakıda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayacaq". Bunu SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli deyib.

Onun sözlərinə görə, Beynəlxalq Forumda müzakirələr yalnız əvvəlcədən tərtib olunmuş proqram əsasında aparılacaq, əlavə heç bir mövzuya toxunulmayacaq.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabrda Bakıda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunu keçirəcək. Beynəlxalq Forum çərçivəsində "Tolerantlıq: konsepsiya və ictimai baxış", "Dövlət-din münasibətlərində müasir meyllər", "Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli", "Tolerantlıq və ifadə azadlığı", "Universal Dialoq axtarışında" adlı 5 plenar iclas təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə