Falçılar yenə iddia irəli sürəcəklər

Falçılar yenə iddia irəli sürəcəklər

Dünyanın qabaqcıl kahinlərinin 2012-ci il üçün nəzərdə tutduqları kəhanətlərin heç biri baş tutmayıb. Almaniyanın Rossdorf şəhərində olan Kəhanətləri Araşdırma İnstitutu (GWUP) tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, 70-dən artıq kahinin 2012-ci il haqqında irəli sürdükləri 140 iddia heç bir nəticə verməyib. Kanadalı Nikki Pezaron da daxil olmaqla dünyanın tanınmış kahinləri euronun qaldırılacağını, dünya iqtisadiyyatının çökəcəyini, insanların quşların hücumuna məruz qalacağı və dənizlərdən əjdahaların çıxacağı kimi fikirlər söylənilmişdi. Lakin bunların heç biri gerçəkləşmədi.

Bəs 2013-cü ildə nələr baş verəcək?

Falçıların 2013-ci il üçün verdiyi proqnozların qarşıdakı günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir. Yenə də, bəzi falçılar dünyanın sonunun gəldiyini, bəziləri də iqtisadi böhran olduğunu iddia edəcəklər. Bir çox insanlar yenə pul verərək fal baxdıracaqlar. Amma sonda yenə eyni nəticə olacaq, heç biri öz təstiqini tapmayacaq.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə