Yazıçılar Birliyində növbəti gənclər günü FOTO

Naxçıvan MR Yazıçılar Birliyində növbəti gənclər günü keçirilib
Yazıçılar Birliyində növbəti gənclər günü FOTO

Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyində hər ayın III bazar günü gənclər günü kimi qeyd edilir. SİA-nın məlumatına görə, Naxçıvan MR Yazıçılar Birliyində gənclər günü ilə əlaqədar Birliyin Gənclər Təşkilatının növbəti dərnəyi keçirilib. Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar gənc yazarların yaradıcılıq nümunələrinin, şer və nəsr əsərlərinin müzakirə edilməsinin, təhlilinin və seçilən ədəbi nümunələrin nəşrinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Gənc yazarlardan Elnur Kəlbizadə, Ruhəngiz Əliyeva, Tural Atəş, Zeynəb Naxçıvanlı, Taleh Odaoğlu və digərləri öz yaradıcılıqlarından müxtəlif şer, nəsr nümunələri səsləndiriblər. Gənclər gününə qatılan Yazıçılar Birliyi üzvlərindən Əbülfəz Ülvi, Həsənəli Eyvazlı, Səhlab Məmmədov, Əziz Azər gənc yazarların müəllifliyində ortaya çıxan ədəbi nümunələr haqqında fikirlərini bildiriblər.

Sonra qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər və layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Gənc yazarların əsərlərindən ibarət ədəbi almanaxın hazırlanması və bədii tərcümə sahəsində görüləcək işlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə