Sabah Azərbaycanda 15 dərəcə şaxta olacaq

Sabah Azərbaycanda 15 dərəcə şaxta olacaq

Ölkənin ən soyuq temperaturu dağlarda gecə müşahidə olunacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış və zəif qar yağacağı gözlənilir.

Temperatur gecə 1-3° isti, gündüz 2-4° isti, Bakıda gecə 1-3° isti, gündüz 2-4° isti olacaqdır. Atmosfer təzyiqi normadan yuxarı - 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir. Temperaturun gecə -3°-8°, gündüz 0-5° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir. Temperatur gecə -9-14° şaxta, gündüz -2-7° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaqdır Gündüz zəif duman olacaq. Temperaturun gecə -1-6° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir. Temperatur gecə -6-11° şaxta, gündüz 0-4° isti, dağlarda gecə -10-15° şaxta, gündüz 6-11° şaxta olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir qar yağacağı gözlənilir. Səhər duman olacaq.

Temperaturun gecə 0-4° şaxta, gündüz 1-5° isti olacaq. Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır. Temperaturun gecə 0-3° şaxta, gündüz 1-4° isti, dağlarda gecə -7-12° şaxta olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə