Türkiyədə Heydər Əliyevin adını daşıyan park və orta məktəbin açılışı olub
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ankaranın Yeniməhəllə rayonunda Heydər Əliyev Parkının və Heydər Əliyev adına orta məktəbin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) apardığı əsaslı təmirdən sonra açılış mərasimi olub. SİA-ya səfirlikdən verilən məlumata görə, Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə çıxış edən Türkiyənin milli təhsil naziri Ömər Dinçər Ankaraya xüsusi gözəllik verən Heydər Əliyev Parkının Türkiyə və Azərbaycan qardaşlığının rəmzlərindən biri olduğunu bəyan edib. Ömər Dinçər bildirib ki, Azərbaycan xalqının əziz tutduğu bütün mənəvi dəyərlər Türkiyə xalqı üçün də qiymətlidir: "Hesab edirəm ki, bu park ölkələrimizin qardaşlıq rəmzlərindən biridir. Eyni zamanda, ankaralılar parkın açılışı ilə gözəl bir istirahət mərkəzinə sahib oldular".
Ankaranın Yeniməhəllə rayonu bələdiyyəsinin sədri Fəthi Yaşar da qardaş Azərbaycanın və türk dünyasının tarixində mühüm səhifələr yazmış Heydər Əliyevin adını daşıyan parkın istifadəyə verilməsindən qürur və sevinc hissi keçirdiyini söyləyib.
Açılış mərasimindən sonra park və orta məktəblə tanışlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB