Nəsimi və Nizami rayon prokurorları işdən çıxarıldı

Nəsimi və Nizami rayon prokurorları işdən çıxarıldı

Daha bir neçə rayonun prokuroru dəyişdirilib. Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Nəsimi rayon prokuroru Aqşin Ziyadov tutduğu vəzifədən azad edilərək paytaxtın Nizami rayonuna prokuror təyin edilib.

Baş Prokurorun digər əmri ilə Ağdaş rayon prokuroru Salman Məmmədli Bakının Nəsimi rayon prokuroru vəzifəsinə təyinat alıb.

Ağsu rayon prokuroru vəzifəsinə isə hələlik təyinat yoxdur..

Bütün xəbərlər Facebook səhifəmizdə