Millət vəkili Türk Dəyanət Vəqfinin başqanından nə xahiş edib?

Millət vəkili Türk Dəyanət Vəqfinin başqanından nə xahiş edib?

Millət vəkili Qənirə Paşayeva Hollandiya Türk Dənayət Vəqfinin başqanı Dr.Mustafa Ünver ilə görüşdə Türk Dəyanət Vəqfinə Azərbaycana, onun haqlı davasına hər zaman göstərdiyi diqqətə görə təşəkkür edib. SİA-ya verilən məlumata görə, Avropanın ən böyük və köklü təşkilatlarından biri olan Hollandiya Türk Dənayət Vəqfinin rəhbəri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı günü Hollandiyadakı bütün camilərdə Xocalı soyqırımı qurbanlarının anılmasını, yad edilməsini xahiş edib.

Millət vəkili bildirib ki, bu bir insanlıq faciəsidir və bu cür soyqırımların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırım qurbanların xatirəsi daim yad edilməlidir.

Hollandiya Türk Dənayət Vəqfinin başqanı Dr.Mustafa Ünver Hollandiyada Dəyanət Vəqfinin fəaliyyəti və burada yaşayan Türklər, müsəlmanlar barədə məlumat verib. Azərbaycana səfər etdiyini və qardaş Azərbaycanı çox sevdiklərini deyən Hollandiya Türk Dənayət Vəqfinin başqanı Dr.Mustafa Ünver qardaş Azərbaycanın Qarabağ ağrısının, Xocalı soyqırımı ağrısının onların da ağrısı olduğunu bildirib və Azərbaycana bundan sonra da əllərindən gələn dəstəyi göstərəcəklərini deyib. Ətraflı fikir mübadiləsi ilə keçən görüşün sonunda millət vəkili Qənirə Paşayeva Hollandiya Türk Dənayət Vəqfinin başqanı Dr.Mustafa Ünverə Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirəm materiallar hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə