Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yeni altı mərtəbəli binası istifadəyə verilib.SİA-nın verdiyi xəbərə görə, yeni binanın açılış mərasiminə qatılan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov rəmzi açılışı bildirən lenti kəsib. Daha sonra nazir yaradılmış infrastrukturla tanış olub. Nazir əvvəlcə binanın birinci mərtəbəsində yerləşən elektron kitabxanaya baxıb. Ona agentlikdə son illər aparılan elektron sənəd dövriyyəsi, bu sahədə yaradılan proqram təminatı barədə məlumat verilib. Qeyd olunub ki, artıq Agentlik vətəndaşlardan sənədlərin elektron qəbuluna başlayıb. Yaradılmış şərait sənədləşmə işlərinin aparılmasında şəffaflığı təmin edir. Daha sonra nazir binadakı xidməti otaqlara baxıb. Agentliyin rəisi Cəbrayıl Xanlarov bildirib ki, binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bundan sonra nazir binada yerləşən yeməkxana, idman zalı ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB