Şimal bölgəsinə ilk qar yağıb

Şimal bölgəsinə ilk qar yağıb

Ötən gündən başlayaraq Azərbaycanın Şimal rayonlarına güclü qar yağır. Quba Ərazi Hidormeterologiya Müəssisəsindən SİA-nın Şimal bürosuna verilən məlumata görə, Xaçmazda qarın hündürlüyü 5 sm, Qubada 10 sm, Qusarda isə 12 sm-ə çatır. Temperatur 8-10 dərəcə aşağı düşüb.

Quba rayon Fövqaladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, ilk qar fəsadlara yol açmayıb. Hazırda Quba-Xaçmaz və Quba-Qusar yollarında, o cümlədən dağ kəndlərinə gedən yollarda avtomobillər normal hərəkət edir.

Bu arada Quba Ərazi Hidormeterologiya Müəssisəsindən verilən məlumata görə, yağıntılı hava şəraiti dekabrın 18-dək davam edəcək.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə