Növbəti ildə Azərbaycan internetini daha dinamik və güclü inkişafını proqnozlaşdırmaq olar. Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Gündüz Osman deyib.
Onun sözlərinə görə, Dövlət Neft Fondu Azərbaycanda internetin inkişafı üçün böyük məbləğdə vəsait ayırıb: "Azərbaycanda internetin əsas problemi regionlarda keyfiyyətli internetə çıxışla bağlıdır. Bakı şəhərində, regionların mərkəzlərində artıq keyfiyyətli internetə çıxış əldə olunub. Problemlər regionlarda yerləşən kəndlərlə bağlıdır. Gələn il biz "Azərbaycan kəndlərində internet" adlı proqramın şahidi ola bilərik. Bundan başqa gələn il Azərbaycan internetində ikinci önəmli hadisə milli kontentin daha sürətli inkişafı ilə bağlıdır. Bu gün Azərbaycan internetində təkcə kəmiyyətcə yox eyni zamanda keyfiyyət baxımından da inkişaf var. Yeni milli internet resursları formalaşır, dövlət qurumlarının internetə inteqrasiyası güclənir. Gələn ildən etibarən bütün dövlət qrumlarının elektron portala inteqrasiyası baş verəcək. Bunula bağlı nazirlər kabinetinin qərarı var. 417 xidmət elektron formaya keçirilməlidir. Ancaq bu xidmətlərin 50% elektron formaya keçirilib".
Forum prezidenti bildirdi ki, bu ilki "Milli.net" mükafatı uğrunda 81 nominant arasında gərgin mübarizə gedir. "Azərbaycan internet formu olaraq milli internet mükafatını 4 il bundan öncə təsisis etmişik. Artıq 4-cü ildir ki, biz mili internet mükafatı ilə bağlı nəhəng bir yarışma həyata keçiririk. Bu yarışın keçirilməsində məqsəd milli internet resurslarını stimullaşdırmaq, internet infrastrukturunu daha da təkmilləşdirməkdir. Hərdən elə olur ki, faydalı internet resursunun tanıtımı və təbliğatı olmur. Bunun üçün bu yarışmanın əhəmiyyəti çox böyükdür. Hər il çox sayda insan bu yarışmanın qaliblərinin kim olacağını gözləyir. Statistikaya baxsaq görərik ki, Azərbaycan internetində keyfiyyət dəyişiklikləri baş verib. 2009-cu ilin statistikasında əyləncə bölümü üçün nominasiyaya təqdim olunan namizədlərin sayı hədsiz çox idi. Ancaq indi elm-təhsil və media-informasiya yönümlü resursların sayı kifayət qədər artıb. Bütün bunlar müsbət əlamətdir. İndi biz qiymətləndirmə prosesini aparırıq. Bu il 399 sayt təqdim olunmuşdu onlardan 326 sayt müsabiqəyə buraxılıb. Müabiqəyə nuraxılanlardan 81-i nominant olub. Bu baxımdan məhdudiyyətlər var. Əgər resursun azərbaycan dili versiyası yoxdursa və ya qeyri-qanuni məlumat yerləşdirilirsə müsabiqəyə buraxıla bilməz. Hal hazırda mübarizə 81 sayt arasında gedir. Dekabrın 15-də 81 sayt arasından hər nominasiya üzrə qaliblər müəyyən olunacaq. Dekabrın 19-da isə qaliblərin böyük təqdimat mərasimi keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB