“Sağlam həyat uğrunda” devizi altında aksiya

“Sağlam həyat uğrunda” devizi altında aksiya

Səhiyyə Nazirliyinin "Sağlam həyat uğrunda" devizi altında başladığı aksiya bütün ölkə ərazisini əhatə edir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının rəhbərlik etdiyi həkim briqadaları Bərdə və Tərtər rayonlarında olub. Bütün ixtisaslar üzrə həkimlər bölgələrdə insanları müayinələr ediblər.

Rayon sakinləri müayinə olunmaq üçün aksiyaya qoşulub. Hər iki rayonda 1000-dən çox insan tibbi müayinədən keçib. Müayinələr zamanı bəzi insanların təcili müalicəyə ehtiyacı olduğu üçün Bakı şəhərinə və yerli xəstəxanalara göndərilib.

Qeyd edək ki, paytaxtdan gələn həkim briqadaları hər iki rayon ərazisində müayinələrini iki gün davam etdirəcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə