“Regional İnnovasiya”ya dair konfrans keçirilib

Gəncədə “Regional İnnovasiya”ya dair konfrans keçirilib
“Regional İnnovasiya”ya dair konfrans keçirilib

Gəncə şəhərində "Regional İnnovasiya fəaliyyəti: reallıqlar və prespektivlər" mövzusunda elmi təcrübi konfrans keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın alim və mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda regional innovasiyanın fəaliyyətinin hazırki vəziyyəti və inkişafı ilə bağlı fikirlər öyrənilib və yeni tədqiqatlarından danışılıb. Konfransda "AMEA-nın elmi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi", İnnovasiyalı inkişafın elmi və təşkilatı əsasları barədə düşüncələr, Azərbaycanda elmi innovasiya fəaliyyəti, Aqrar sahədə kadr hazırlığının aktual problemləri, Gəncə-Qazax iqtisadi regionun sosial-iqtisadi inkişafı meyllərinə dair məruzələr dinlənilib.

Tədbirin sonunda "Regional innovasiya sistemlərinin formalaşması" mövzusunda seminarın keçirilməsi nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə