Rusiya telekanallarının birində Azərbaycan əsilli rusiyalı yazıçı, 2012-ci ildə keçirilən seçkilərdə Vladimir Putinin vəkili Eduard Bağırov döyülüb. Rusiya mətbuatına istinadən verilən məlumata görə, dava dekabrın 11-də Rusiyanın NTV telekanalında efirə gedən "Sonuncu söz" verilişi zamanı baş verib.
Davaya səbəb rus millətçisi, Rusiya Ümumxalq İttifaqı Partiyasının sədr müavini İvan Mironovun E. Bağırova xitabən "Çemodan-Azərbaycan" ifadəsini istifadə etməsi olub.
Bu sözlərdən sonra Eduard Bağırov Mironovun üstünə yumruqları ilə hücum edib. Lakin Mironov ayaqla ona zərbə endirib, nəticədə E.Bağırov yerə yıxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB