Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əmr imzalayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əmr imzalayıb

Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə işçi qrupun yaradılması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əmr imzalanıb. Komitədən SİA-ya verilən məlumata görə, əmrə əsasən işçi qrupa 1 ay ərzində təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədi ilə milli standart layihəsinin hazırlanmasını təmin etmək və təsdiq edilməsi üçün təqdim etmək tapşırılıb.

Qeyd edək ki, işçi qrupa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə