"İRƏLİ" İctimai Birliyi və "Azərbaycan Fotoqrafları" İctimai Birliyi gənclər arasında fotoqrafiya sənətinin inkişafı, əldə edilən nailiyyətlərin qorunub saxlanması, ölkə daxilində və xaricdə təbliği sahəsində memorandum imzalayıb. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, memorandum "İRƏLİ" Gənclik Mərkəzində "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev və "Azərbaycan Fotoqrafları" İctimai Birliyinin sədri Mirnaib Həsənoğlu tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində hər iki tərəf arasında birgə layihələrin, görüşlərin, tədbirlərin təşkili, təcrübə üçün təlim və seminarların keçirilməsi, fotoqrafiya sənətinin daha yaxşı inkişafı üçün informasiya mübadiləsi və bu əsasla gələcəkdə müxtəlif təşəbbüslərin işlənilməsi, eyni zamanda əhali arasında fotoqrafiya sənətinin inkişaf etdirilməsi, təbliği barədə maarifləndirmə tədbirlərin, sosial aksiyaların keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB